Nikol Paşinyan mühasirəyə alınmış Nazirlər Kabinetinin binasını tərk edibbackend

Nikol Paşinyan mühasirəyə alınmış Nazirlər Kabinetinin binasını tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan etirazçıların çıxışları bağlamaq cəhdlərinə baxmayaraq, respublikanın hökumət binasını tərk edə bilib.

Editor.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verir.
Xatırladaq ki, sentyabrın 22-də Ermənistanın baş nazirinə qarşı çıxan vətəndaşlar yenidən İrəvanın mərkəzində hökumətin iclasının keçirildiyi Nazirlər Kabinetinin binasını mühasirəyə alaraq etiraz aksiyasına toplaşıblar.

Etirazçılar şəhərin mərkəzini digər rayonlarla birləşdirən Myasnikyan prospektini bağlayıblar. “Ermənistan” müxalifət fraksiyasının üzvü Areqnaz Manukyan da bir neçə küçənin bağlanacağı ilə bağlı xəbərdarlıq edib ki, bu da tıxaclara səbəb ola bilər.

Xatırladaq ki, bir neçə gündür ki, İrəvanda Qarabağdakı vəziyyətlə bağlı etiraz aksiyaları keçirilir. İştirakçılar Ermənistanın baş nazirinin istefasını tələb edirlər. Paşinyan isə postunu tərk etmək fikrində olmadığını bəyan edib.

//Samir Qurbanov, Editor.az