Ermənistanın baş naziri Nikol Paşinyan yeni il müraciətini Rusiya və digər müttəfiqlərini İrəvana revanş axtarışında kömək etməmək, eyni zamanda 2022-ci ildə Bakı ilə qarşıdurmanı artırmaqla bağlı ittihamlara həsr etməyə üstünlük verib.
Baş nazir “Təhlükəsizlik üzrə müttəfiqlərimiz passiv müşahidəçi statusunda qalmağı seçərək və ya alternativ olaraq aktiv müşahidəçi statusu təklif edərək bizi tək qoydular” – deyib.
Editor.az bildirir ki, bunun ardınca Paşinyan Ermənistanın öz planları üçün Rusiyaya əvəzləyici tapdığını elan etməyi də unutmayıb: “Mən bu vəziyyətə biganə qalmayan və ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizlik və sabitliyin bərqərar olunmasına dəstək olaraq görünməmiş qərarlar qəbul edən ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm”.
//Samir Qurbanov, Editor.az

