Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxstanın ən yüksək mükafatı olan “Altyn Kıran” (Qızıl Qartal) ordeni ilə təltif olunub. Ordeni Qazaxıstan lideri Kasım-Jomart Tokayevdən təqdim edib.
Ermənistan Baş nazirinə fəxri mükafatı təqdim edən Tokayev Paşinyanı “əsl lider” adlandırıb və onun Ermənistanın inkişafına və Azərbaycanla sülh prosesinə verdiyi töhfələri qeyd edib. Qazaxıstan Prezidenti həmçinin ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını bildirib.
Editor.az xəbər verir ki, buna cavab olaraq Ermənistanın Baş naziri ona işinə verilən yüksək qiymətə görə təşəkkür edib və mükafatı Ermənistan xalqına xüsusi hörmət əlaməti kimi qəbul etdiyini vurğulayıb: “Qardaş Qazaxıstan Respublikasının ən yüksək mükafatına layiq görülmək və onu şəxsən sizdən almaq mənim üçün böyük şərəfdir. (…) Əminəm ki, bu mükafat təkcə ikitərəfli münasibətlərin deyil, həm də bütün böyük regionumuzun daha da inkişafına töhfə verəcək.”, — Nikol Paşinyan deyib.
//Samir Qurbanov, Editor.az

