Nikol Paşinyan: Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkə üçün böyük təhddidirbackend

Nikol Paşinyan: Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkə üçün böyük təhddidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı Rusiyanın hərbi mövcudluğunun Ermənistanı təhdid etdiyini bildirib.

Editor.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verir: “Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki sonuncunun təhlükəsizliyinə təminat vermir, əksinə, respublika üçün təhdidlər yaradır”.

Respublika hökuməti başçısının sözlərinə görə, hazırda Moskva və İrəvan Rusiyanın Ermənistanda hərbi mövcudluğunun rolu və əhəmiyyətini müzakirə edirlər. Bundan əvvəl Gümrüdəki 102-ci Rusiya hərbi bazasının yaxınlığında Rusiya əleyhinə aksiya keçirilib. İştirakçılar RF Silahlı Qüvvələrinin bazasının çıxarılmasını tələb ediblər. Təşkilatçısı “Milli Demokratik Qütb” siyasi hərəkatı idi. Hərəkat şurasının üzvü Vaqe Qasparyan “Biz bütün dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza ilə təmsil olunan rus qoşunları tərəfindən işğal olunub”.

  //Samir Qurbanov,Editor.az