Nikol Paşinyan Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəkbackend

Nikol Paşinyan Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Editor.az bildirir ki, bu barədə Ermənistanın “MediaHub” portalı məlumat yayıb. Nəşrin məlumatına görə, respublikanın hakimiyyət orqanları inaqurasiyanın keçirilməli olduğu mayın 7-də Moskvaya səfər etməmək qərarına gəlib.

Baş nazirin mayın 8-də Avrasiya İqtisadi İttifaqının yubiley sammiti üçün Rusiya paytaxtına uçacağı da bildirilir. lakin o, 9 May Qələbə Günü tədbirlərində də iştirak etməyəcək. Nəşrin məlumatına görə, baş nazirin aparatının mətbuat xidməti Paşinyanın səfərləri ilə bağlı bütün lazımi məlumatları optimal vaxt çərçivəsində ictimaiyyətə çatdırdıqlarını bildirib.

//Samir Qurbanov, Editor.az