Nikol Paşinyan yenə də Rusiyanı ittiham etdi: burda sizin öhdəlikləriniz var idi, yerinə yetirmədinizbackend

Nikol Paşinyan yenə də Rusiyanı ittiham etdi: burda sizin öhdəlikləriniz var idi, yerinə yetirmədiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Editor.az bildirir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib. Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, Ermənistanın özünü buna görə günahlandırmaq olmaz: “Rusiya ilə münasibətlərdə biz heç bir səhv etməmişik.

Rusiyalı tərəfdaşlarımız bizə heç nə göstərə bilməz və “burda sizin öhdəlikləriniz var idi, yerinə yetirmədiniz” deyə bilməzlər. Amma biz göstərə bilərik və göstəririk”, – Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, İrəvan Moskvadan öz öhdəliklərini yerinə yetirməsini gözləyir: “Biz haqlı suallar qaldırırıq və onlara dolğun cavab gözləyirik. Nə qədər ki, cavab yoxdur, nə deyilsə də, məsələ həllini tapmayacaq”, – hökumət başçısı deyib.

//Samir Qurbanov, Editor.az