Nikol Paşinyan yenə nala-mıxa vurur: Ortada imzalana biləcək razılaşdırılmış sülh sazişi layihəsi yoxdurbackend

Nikol Paşinyan yenə nala-mıxa vurur: Ortada imzalana biləcək razılaşdırılmış sülh sazişi layihəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan arasında iyunun 1-də Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh sazişi layihəsi yoxdur.

Editor.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistan hələ də layihə ilə bağlı Ermənistanın təkliflərinə Azərbaycandan cavab almayıb. O, həmçinin mayın 25-də Moskvada Rusiya və Azərbaycan prezidentləri ilə keçirilən üçtərəfli görüşün nəticələrini qeyri-qənaətbəxş adlandırıb.

Paşinyan qeyd edib ki, “İyunun 1-də Kişinyovda Ermənistanın baş naziri, Azərbaycan prezidenti, Avropa Şurasının rəhbəri, Fransa prezidenti və Almaniya kansleri arasında beştərəfli görüş keçiriləcək. Bu görüşdə Azərbaycanla sülh sazişinin imzalanması ehtimalına gəlincə, deməliyəm ki, biz sülh sazişi layihəsi ilə bağlı təkliflərimizə hələlik Azərbaycandan şərh almamışıq”. Paşinyanın sözlərinə görə, hazırda sülh sazişinin dördüncü nəşri müzakirə olunur. Buna görə, hazırda deyə bilərəm ki, imzalana biləcək razılaşdırılmış layihə yoxdur”.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev demişdi ki, İrəvan ərazi məsələsində mövqeyini dəyişməsə, tərəflər tezliklə sülh sazişi imzalaya bilərlər. May ayında Nikol Paşinyan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bəyan edib. Mayın 25-də isə tərəflər ərazi mübahisəsinin həllini elan ediblər. Bunun müqabilində Paşinyan bölgədə yaşayan ermənilərin hüquqlarına və təhlükəsizliyinə təminat verilməsini istəyib.

//Samir Qurbanov,Editor.az