Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin arasında hərbi qiyamın ləğvi ilə bağlı razılıq əldə olunması xəbərindən az sonra Rusiya lideri Vladimir Putinə zəng edib.
Editor.az xəbər verir ki, o Ermənistan hakimiyyəti üçün bu hadisənin sırf Rusiyanın daxili işi olduğuna diqqət çəkib. Buna baxmayaraq, Paşinyan Vladimir Putindən baş verənlər barədə danışmasını istəyib və Rusiya Federasiyasını “dost ölkə” adlandırıb.
Ermənistan hökuməti əlavə edib ki, Vladimir Putin bu gün Rusiyanın cənubunda baş verənlər barədə məlumat verib, lakin Nikol Paşinyanın diqqətinə konkret hansı detalların çatdırıldığını dəqiqləşdirməyib.
//Samir Qurbanov,Editor.az

