Nikol Paşinyan Zəngəzur dəhlizinin açılacağının anonsunu verdibackend

Nikol Paşinyan Zəngəzur dəhlizinin açılacağının anonsunu verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası məsələsində müsbət tendensiya var.

Edditor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bəyan edib. Hökumətin iclasında çıxış edən Paşinyan qeyd edib ki, Azərbaycan prezidenti ilə ötən bazar günü keçirilən görüşdə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı müsbət anlaşma formalaşıb.

Eyni zamanda Ermənistanın baş naziri əvvəlki təcrübəyə sadiq qalaraq konkret nəsə deməyib. Paşinyan vurğulayıb ki, İrəvan tərəflərin suverenliyi və bərabərliyi əsasında üçtərəfli bəyanatlara uyğun olaraq kommunikasiyaları tez bir zamanda açmağa hazırdır.

//Samir Qurbanov,Editor.az