Nikol Paşinyana orden verildibackend

Nikol Paşinyana orden verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana Roma Papasının mükafatı təqdim olunub. “IX Piy ordeni”nin Böyük Xaçını Paşinyana respublikaya ezamiyyətini başa vuran Roma Papasının nümayəndəsi, arxiyepiskop Xose Avelino Betankur təqdim edib.

Editor.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti rəsmi səhifəsində məlumat yayıb. Qeyd olunur ki, mükafat baş nazirin Ermənistanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin qurulmasına verdiyi töhfəyə görə təqdim edilib. Paşinyan vurğulayıb ki, respublika hökuməti Müqəddəs Taxt-Tacla münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır.

“IX Pius ordeni”nin Böyük Xaçı Papanın ən mühüm mükafatlarından biridir. Papa ordenləri arasında əhəmiyyətinə görə üçüncü yeri tutur. Bu orden təkcə katoliklərə deyil, Papa ilə qarşılıqlı əlaqədə olan digər dinlərin nümayəndələrinə də verilir.

//Samir Qurbanov,Editor.az