Nikol Paşinyandan daha bir sensasiyalı bəyanat: Ermənistanın müstəqilliyi haqqında Bəyannamə böyük problem və faciədirbackend

Nikol Paşinyandan daha bir sensasiyalı bəyanat: Ermənistanın müstəqilliyi haqqında Bəyannamə böyük problem və faciədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin qondarma “Dağlıq Qarabağ”a birləşməsi ilə bağlı bəndin yer aldığı Müstəqillik Bəyannaməsi “böyük problem və faciədir”.

“Son illərdə mən Müstəqillik Bəyannaməsini onlarla dəfə təkrar oxudum və dəhşətli nəticəyə gəldim ki, bu Bəyannamənin mahiyyətində Ermənistan Respublikasının mövcud ola bilməyəcəyi haqda fikir vardır. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan nədir və onun vətəndaşı kimdir. Əsl Ermənistan vətəndaşı o kəsdir ki, öz Vətənini və yurdunu ondan kənarda axtarmır”, – deyə parlamentdə çıxış edən cənab Paşinyan bildirib.

Nikol Paşinyan yanvarda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsinin zəruriliyini bəyan edib. O, Əsas Qanunda İstiqlal Bəyannaməsinə istinad edilməsinin sülhə mane olduğunu, yeni Konstitusiyanın ölkəni indiki geosiyasi şəraitdə daha həyat qabiliyyətli edəcəklərini bildirib.
Ermənistan Ədliyyə Nazirliyi iddia edib ki, söhbət “konstitusiya dəyişikliklərindən deyil, yeni Konstitusiyadan” getdiyi üçün onun üzərində işləmək üçün vaxt lazım olacaq və bu məsələ ilə bağlı referendum 2027-ci ildən tez keçirilə bilməz.

//Samir Qurbanov, Editor.az