Nikol Paşinyandan sərt bəyanat: Bunun geri dönüşü yoxdur, qoy onlar istədiyini etsinlərbackend

Nikol Paşinyandan sərt bəyanat: Bunun geri dönüşü yoxdur, qoy onlar istədiyini etsinlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvanla Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və onun məsuliyyət sahəsi ilə bağlı vəziyyəti qavrayışındakı fərq geri dönüş nöqtəsinin gəlib çatdığını sübut edir.

Baş nazir əlavə edib ki, belə bir şəraitdə Ermənistanın KTMT-yə qayıtması çox çətin və hətta qeyri-mümkün olur. “Rusiyanın hörmətli prezidentinə biz də hörmətlə yanaşırıq, biz tərəfdaşıq, biz birlikdə işləyirik, bu bəyanat KTMT-də mövcud olan ümumi vəziyyəti açıq şəkildə göstərir, bu işdə dönüş yoxdur”, – deyə Nikol Paşinyan parlamentdə bildirib.

“Biz dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq, bu o deməkdir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarilə biz özümüzü KTMT-dən kənarda hesab edirik, qoy onlar istədiklərini etsinlər”, – deyə Ermənistanın baş naziri izah edib.

//Samir Qurbanov, Editor.az