“Nikol Paşinyanın bu açıqlaması daxildəki revanşistləri hərəkətləndirsə də…”-Millət vəkili ŞƏRH EDİRbackend

“Nikol Paşinyanın bu açıqlaması daxildəki revanşistləri hərəkətləndirsə də…”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər Ermənistan mətbuatının gündəmini baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü tanımasıyla bağlı açıqlaması zəbt edib. Ancaq rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan etməsi ilk dəfə deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, iki ölkə rəhbərlərinin ötən ilin payızında Praqadakı görüşündə ilk dəfə Nikol Paşinyan BMT-nin nizamnaməsinə və Azərbaycan ərazi bütövlüyünü tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini təsdiq edib:

“Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadrat kilometr çərçivəsində, yəni Dağlıq Qarabağın da daxil olmaq şərtilə tanıyır. Təbii ki Azərbaycan da öz növbəsində indiki Ermənistan Respublikasının ərazi bütövlüyü tanıyacaq, lakin işğal etdikləri Azərbaycan torpaqları istisna olmaq şərtiylə. Ermənistan baş naziri Nikol Paşinyanın bu açıqlaması daxildəki revanşistləri hərəkətləndirsə də onların qeyri-qanuni heç bir ölkə tərəfindən tanınmayan “dövlətlərinin” qəbul etdiyi qərarlar hər zaman havada qalacaq. Azərbaycan Qarabağ məsələsində birmövqelidir, biz bunun öz daxili məsələmiz olduğunu bəyan edirik və Qarabağda yaşayan ermənilərlə yaranmış məsələni hər hansı vasitəçisiz həll etmək tərəfdarıyıq, eyni zamanda onlara hər hansı bir status verilməyəcəyini dəfələrlə bəyan etmişik”.

//Gülnarə Abasova, Editor.az