Nikol Paşinyanın “İrəvan Moskvanın müttəfiqi deyil” fikrinə Dmitri Peskov belə cavab verdibackend

Nikol Paşinyanın “İrəvan Moskvanın müttəfiqi deyil” fikrinə Dmitri Peskov belə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva İrəvana Ukraynaya münasibətdə haqlı olduğunu izah etməyə davam edəcək.

Editor.az bildirir ki, bu sözləri jurnalistlərlə görüşü zamanı Rusiya Federasiyasının başçısının mətbuat katibi Dmitri Peskov deyib. “Həqiqətən, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral əks mövqelərimiz var.

Bu, heç kimə sirr deyil. Ona görə də bu, erməni dostlarımızın məlum mövqeyidir. Biz bu məsələdə onlarla razılaşmırıq və haqlı olduğumuzu israrla izah etməyə davam edəcəyik”- Dmitri Peskov bildirib. Bundan əvvəl Nikol Paşinyan Ermənistanın Ukrayna məsələsində Rusiyanın tərəfdaşı olmadığını bəyan edib.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!