Nikol Paşinyanın ofisini partlatmaq istəyən daşnak həps olundubackend

Nikol Paşinyanın ofisini partlatmaq istəyən daşnak həps olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda “Mülki Müqavilə” ofislərinin yaxınlığında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı istintaq davam edir.

Bu gün “Sledkom” dörd şübhəlinin həbs edildiyini açıqlayıb. Departament aydınlaşdırıb ki, fevral ayında tapılan iki bombanın içərisində partlayıcılardan başqa, qayka və boltlar da olub.

Xoşbəxtlikdən, onlar işləməyib – evdə hazırlanmış mexanizm partlamayıb. Lakin bir müddət əvvəl eyni hakim partiyadan olan deputatın evində quraşdırılan partlayıcı işə düşüb. Cinayət işi bir neçə maddə, o cümlədən terrorizmlə araşdırılır. Tezliklə saxlanılanlardan birinin adı məlum olub – bu, millətçi Daşnaksütyun partiyasının üzvü Qaqik Sarkisyandır.

Həbs barədə onun Yüksək Texnologiyalar Nazirliyində işləyən oğlu Aram Sarkisyan məlumat verib.

//Samir Qurbanov, Editor.az