Nikol Paşinyanın “postu” uğrunda mübarizə qızışır: Alen Simonyan-Armen Qriqoryan “duel”i nə vəd edirbackend

Nikol Paşinyanın “postu” uğrunda mübarizə qızışır: Alen Simonyan-Armen Qriqoryan “duel”i nə vəd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alen Simonyanla Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında gedən pərdəarxası mübarizə getdikcə qızışır.

Editor.az Ermənistanın “Joqovurd” nəşrinə istinadən xəbər verir ki, “məxməri İnqilab”ın iki simvolu ilə Ermənistanın baş naziri postuna digər iddiaçılar arasında şiddətli qarşıdurma 2026-cı il seçkiləri ərəfəsində daha da şiddətlənib.

Qəzet yazır ki, mübarizə açıq hücumlar və korrupsiya ittihamları müstəvisinə keçib. Simonyan Paşinyanın qarşısında Qriqoryanın rolunu aşağılamağa çalışır, ER Təhlükəsizlik Şurasının katibi isə diqqətini Simonyan ailəsinin üzvlərinin “Synergy” şirkətinin tender satınalmasında iştirakına yönəldib. XXO da bununla ciddi şəkildə maraqlanır. Nəşr qeyd edir ki, hakim partiyanın bəzi üzvləri Simonyanın istefasını elan edib və məsələni Paşinyanla üzbəüz qaldırıblar. Bütün bunlar spikerin siyasi gələcəyi ilə bağlı ciddi şübhələr yaradır.

//Samir Qurbanov, Editor.az