Nikol Paşinyanın yalanlarına Kremldən sərt reaksiyabackend

Nikol Paşinyanın yalanlarına Kremldən sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın müharibəyə hazırlıqla bağlı son açıqlamalarını eşitməyib.

Editor.az bildirir ki, bu fikri Kremlin sözçüsü Dmitri Peskov deyib. Vladimir Putinin mətbuat katibi belə bəyanatlarla tanış olmadığını qeyd edib, lakin vurğulayıb ki, bu gün Azərbaycan rəhbərliyi Ermənistanla müharibəyə başlamaq deyil, tezliklə sülh müqaviləsinin bağlanması ilə bağlı bəyanatlar verir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan hökumətinin başçısı bildirib ki, Azərbaycan guya “şübhəli hərəkətlər” etməklə hərbi əməliyyatlara hazırlaşır.

//Samir Qurbanov, Editor.az