ABŞ-ın Pekindəki səfiri Nikolas Bernsi Çinlə artan gərginliyə qarşı kommunikasiya kanallarının açıq saxlanılması lazım olduğunu vurğulayaraq müxtəlif səviyyələrdə dialoqa hazır olduqlarını bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə səfir Vaşinqtonda yerləşən Stimson Mərkəzinin təşkil etdiyi tədbirdə onlayn çıxışı zamanı deyib.
“Çinlə görüşməyə hazırıq, heç vaxt tərəddüd etmirik. Ümid edirik ki, Çin tərəfi bununla bağlı bizimlə razılaşacaq. Bu nöqtədə təmasların necə yenidən qurulacağını təxmin etmək asan deyil, lakin biz heç vaxt münasibətlərin dondurulmasını dəstəkləmədik və dəstəkləmirik”,- deyə o bildirib.
//Safura Bənnayeva, Editor.az

