Nikolas Maduro Böyük Britaniyanın baş naziri Keir Starmeri “dəl” adlandırdıbackend

Nikolas Maduro Böyük Britaniyanın baş naziri Keir Starmeri “dəl” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Nikolas Maduro Böyük Britaniyanın baş naziri Keir Starmerin müharibəyə hazırlıqla bağlı sözlərini tənqid edib.

Maduro onu “dəli” hesab edib və Avropada müharibə əleyhinə hərəkat yaratmağı təklif edib.
Venesuela prezidentinin sözlərinə görə, “bəşəriyyətin sülhə ehtiyacı var və Avropada müharibə haqqında danışmaq vəhşilikdir”. O, Avropa ölkələrini “bu dəli baş nazir Starmerin çağırdığı müharibəyə qarşı” güclü ictimai hərəkat yaratmağa çağırıb. “Böyük Britaniya, London və Liverpul xalqını bu… sizin baş nazirinizin ümidsiz müharibə çağırışına cavab verməyə dəvət edirəm” – Nikolas Maduro deyib

Xatırladaq ki, iyunun 2-də Keir Starmer Böyük Britaniyanın yeni müdafiə strategiyasının bir hissəsi kimi həyata keçirilməli olan “üç əsas dəyişikliyi” elan edib. Buların da birincisini “döyüş hazırlığına keçid”dir. Britaniya hakimiyyəti həmçinin nüvə silahlarının modernləşdirilməsinə 15 milyard funt-sterlinq sərmayə qoyacaq.

//Samir Qurbanov, Editor.az