Nikolas Maduro: Qərb Rusiyanı “küncə sıxmaq” istəyirbackend

Nikolas Maduro: Qərb Rusiyanı “küncə sıxmaq” istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ və onun avropalı müttəfiqlərinin hərəkətləri Ukraynada münaqişənin gərginləşməsinə yönəlib. Onun sözlərinə görə, bu yolla Qərb ölkələri Rusiyanı “küncə sıxmaq” istəyir.

Editor.az bildirir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro deyib: “Biz imperializmin və onun avropalı müttəfiqlərinin geosiyasi sahədəki hərəkətlərini yaxşı bilirik. Düşünürəm ki, dünyada hamı Rusiyaya qarşı təxribatları görür. Rusiyanı küncə sıxışdırmaq və təhdidlərlə Ukraynadakı müharibəni daha da qızışdırıb Rusiya ərazisinə keçirməyə, beləliklə də onun miqyasını genişləndirməyə cəhd edirlər”, – Maduro deyib.

Rusiya tərəfi dəfələrlə ABŞ-ın Ukraynadakı münaqişənin iştirakçısına çevrilməsi riski barədə, xüsusən də Kiyevə aktiv silah tədarükü ilə bağlı bəyanat verib. Eyni zamanda, ABŞ Ukrayna münaqişəsinin iştirakçısına çevrilmək fikrində olmadığını dəfələrlə vurğulayıb. Bu səbəbdən Amerika mediasına görə, Vaşinqton Kiyevə uzaqmənzilli raketlərin verilməsini bəyənmir və onlardan Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə edəcəyindən ehtiyatlanır.

  //Samir Qurbanov,Editor.az