Nikolas Maduro Sankt-Peterburqa səfər edəcəkbackend

Nikolas Maduro Sankt-Peterburqa səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Nikolas Maduro yaxın vaxtlarda Sankt-Peterburqa səfər edəcəyini bildirib.

O, səfərin dəqiq tarixini, eləcə də Rusiya hakimiyyət orqanları ilə görüş planlarını açıqlamayıb. “Bu, gözəl şəhərdir. Biz tezliklə Sankt-Peterburqda olacağıq”.

Editor.az bildirir ki, bu sözləri Nikolas Maduro “Venezolana de Television” kanalında “Maduro Plus ilə” müəllif proqramında bildirib. Yanvarın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Venesuela liderinin səfəri “həqiqətən üzərində işlənir, buna ehtiyac var”, lakin hələlik dəqiq tarix yoxdur.

O qeyd etmişdi ki, Rusiya ilə Venesuela arasında münasibətlər inkişaf etməkdə davam edir. Venesuelanın Moskvadakı səfiri Xesus Rafael Salazar Velazkes də dekabr ayında Nikolas Maduronun Rusiyaya səfər etmək planları barədə məlumat vermişdi. Onun sözlərinə görə, cənab Maduro rusiyalı həmkarı Vladimir Putinlə ölkələr arasında 15 müxtəlif sahədə əməkdaşlığı müzakirə etməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az