Venesuela Xarici İşlər Nazirliyi prezident Nikolas Maduronun təyyarəsinin ələ keçirilməsini “piratçılıq” kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin rabitə, mədəniyyət və turizm naziri Freddi Nanesin yaydığı bəyanatda deyilir: “Onlar öz hərəkətlərini bütün dünyada birtərəfli və qanunsuz olaraq tətbiq etdikləri məcburiyyət tədbirləri ilə əsaslandırırlar”.
Departament dövlətə dəymiş ziyanın ödənilməsi üçün hər cür hüquqi tədbir görəcəyi ilə hədələyib.
Təyyarənin həbsi ilə bağlı CNN telekanalı mənbələrə istinadən məlumat yayıb, sonradan bunu Ədliyyə Nazirliyi də təsdiqləyib. Təyyarənin dəyəri 13 milyon dollar qiymətləndirilir.
Xatırladaq ki, təyyarə Amerikanın Venesuelaya qarşı sanksiyalarını pozdulduğuna görə Dominikan Respublikasında həbs edilib və ABŞ-a köçürülüb.
//Samir Qurbanov, Editor.az