Nikolay Patruşev: Rusiya istənilən rəqibi, o cümlədən ABŞ-ı məhv etməyə qadir silahlara malikdirbackend

Nikolay Patruşev: Rusiya istənilən rəqibi, o cümlədən ABŞ-ı məhv etməyə qadir silahlara malikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyni zamanda, o vurğulayıb ki, Moskva öz “hərbi üstünlüyü” ilə heç kimi qorxutmur.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində deyib: “Rusiyanın mövcudluğu üçün təhlükə yaranarsa, istənilən rəqibi, o cümlədən ABŞ-ı məhv etməyə qadir müasir unikal silahlar var”.

Onun sözlərinə görə, Qərb siyasətçilərinin ABŞ-ın ilk olaraq raket hücumuna başlaya biləcəyinə inamı “qısagörmə axmaqlıqdır və bu baxımdan çox təhlükəlidir”. Təhlükəsizlik Şurasının katibi Amerika strateji bombardmançı təyyarələrinin Rusiya sərhədləri yaxınlığında Rusiya Federasiyasındakı şərti hədəflərə raket zərbələri endirməklə uçuşlarını “təhlükəli və uzaqgörən axmaqlıq” adlandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Patruşev bildirib ki, Amerikaya məxsus “MQ-9” Reaper pilotsuz təyyarəsinin bu yaxınlarda Qara dəniz üzərində uçuşu ABŞ-ın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakından xəbər verir.

  //Samir Qurbanov, Editor.az