Nikolay Patruşev rusları Qərblə uzunmüddətli müharibəyə hazır olmağa çağırdıbackend

Nikolay Patruşev rusları Qərblə uzunmüddətli müharibəyə hazır olmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyaya qarşı guya “proksi müharibəsi” aparıldığını bildirib.

Editor.az Rusiya mediasına istinadən bildirir ki, Patruşev bazar ertəsi, yanvarın 29-da Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetində yüksək texnologiyalı sənayelər üçün mühəndis kadrlarının hazırlanmasına həsr olunmuş iclasda belə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, bu müharibə “Ukraynada münaqişənin qaynar mərhələsi” başa çatdıqdan sonra belə dayanmayacaq. “Düşmən dəfələrlə torpaqlarımıza atəş və qılıncla gəlib. İndi də ABŞ, NATO və onların “peykləri” Kiyev nasist rejiminin və müxtəlif növ muzdluların köməyi ilə xalqımıza və dövlətimizə qarşı proksi müharibə aparırlar.

Anglo-Sakson dünyası hətta Ukraynadakı münaqişənin “qaynar faza”sının sona çatması ilə belə dayanmayacaq”, – deyə o bildirib.

//Samir Qurbanov, Editor.az