Sentyabrın 29-da səhər saatlarında rus işğalçıları Nikolayevə raket hücumu həyata keçirərək şəhərin kənarındakı infrastruktur obyektini vurublar.
Editor.az bildirir ki, bu barədə Nikolaev meri Aleksandr Senkeviç Telegram-da yazıb. “Sentyabrın 29-da səhər saat 04:13 radələrində şəhər raket hücumuna məruz qalıb.
Şəhərin yaxınlığında yerləşən infrastruktur obyektinə zərbə endirilib”. Senkeviç dəqiqləşdirib ki, zərbə nəticəsində yanğın baş verib. Xilasedicilər saat 06:45-də yanğını söndürüblər. Rusiyanın gecə hücumunun təfərrüatları dəqiqləşdirilir.
//Samir Qurbanov, Editor.az

