Nikolayev vilayətində Rus hərbiçiləri təslim oldularbackend

Nikolayev vilayətində Rus hərbiçiləri təslim oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikolayev vilayətində Rus hərbiçiləri təslim olub

Həmin şəxslər Rusiyanın Ukraynaya hücumunda iştiraklarının təfərrüatlarını danışıblar.

Editor.az mukachevo. net istinadən xəbər verir ki milli polisin mətbuat xidmətindən verilən məlumata görə, 18-29 yaşlarında olan dörd rusiyalı hərbiçi yerli sakinlərə təslim olub.

Onlar Volqoqrad vilayətindən olan 33-cü alayın əsgərləri olduqlarını iddia edirlər.

Nikolayev və Xerson vilayətlərinin inzibati sərhəddində gedən döyüşdə diversantlar məğlub olublar.

İddialara görə, onlara ancaq hərbi təlimlərdə iştirak edəcəkləri deyilib, lakin sonra Rusiya komandanlığı onlara Ukraynada hücuma keçməyi bildirib.

Bir neçə diversant rəhbərliyin niyyətindən xəbərsiz olduqlarını və Xerson vilayətində gedən döyüş zamanı Ukrayna ərazisinə düşdüklərini anlayanda təəccübləndiklərini deyirlər.

//Gülnarə Abasova, Editor.az