Nikolayevdə partlayış səsləri eşidilir: artilleriya atəşi təhlükəsi elan edilibbackend

Nikolayevdə partlayış səsləri eşidilir: artilleriya atəşi təhlükəsi elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Nikolayev şəhərində güclü partlayışlar baş verib. Editor.az xəbər verir ki,  bu barədə  Nikolayevin meri Aleksandr Senkeviç  teleqram kanalında məlumat verib.

“Nikolayevdə güclü partlayış səsləri eşidilir. Bunkerə gedin. Mümkün qədər diqqətli olun! Şəhərdə artilleriya atəşi təhlükəsi elan edilib”,-deyə merin açıqlamasında bildirilir.

Xatırladaq ki, dünən Ukrayna Ordusunun məlumatına görə, Rusiya silahlı qüvvələri Nikolayevə 7 raket atıb. Atəş nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb, iki müəssisə dağıdılıb, çoxlu sayda evə ziyan dəyib.

//Gülnarə Abasova, Editor.az