Nikolayevə raket zərbəsi: qurbanların sayı artdıbackend

Nikolayevə raket zərbəsi: qurbanların sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikolayev vilayəti hərbi administrasiyasına raket hücumu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə saat 10:00-a olan Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumatında deyilir.

Binanın dağıntıları altından 13 nəfərin cəsədi çıxarılıb, daha bir nəfər isə aldığı xəsarətlərdən xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Daha 36 yaralı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanadadır.

Xilasetmə və axtarış işlərinin davam etdiyi qeyd edilir.

Milli.Az