“Nikolun komandasında Türkiyə və Azərbaycanın təsir agentləri və faktiki casuslar var” – Sabiq səfirdən ŞOK İDDİAbackend

“Nikolun komandasında Türkiyə və Azərbaycanın təsir agentləri və faktiki casuslar var” – Sabiq səfirdən ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hərəkət etməsəniz, Nikol Syunik üzərində nəzarəti də Azərbaycana təhvil verəcək”.

Yenisabah.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan yazıb.

“Hərəkət etməsəniz, Nikol (Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Paşinyan – red.) Syunik üzərində nəzarəti də Azərbaycana təhvil verəcək, ölənlərin, yaralananların və itkin düşənlərin sayını tamamilə gizlədəcək. Ordu simvolik bir statusa sahib olacaq və təhlükəsizlik sistemi qonşu ölkələrin qərarlarından asılı olacaq. Yoxsulluq və qiymətlər artacaq, dollar bahalaşacaq. Yeni bir böyük mühacirət mərhələsi başlayacaq, 1 milyon insan ölkəni tərk edəcək”.

Mikael Minasyan bədbin proqnozlarının davamında yazıb: “Ölkələrini sevən, yaşından, cinsindən, yaşayış yerindən, peşəsindən və sosial vəziyyətindən asılı olmayaraq, təhlükəsiz və firavan bir gələcək arzusunda olan bütün erməniləri bir şey – Vətənə sahib olmaq və xoşbəxt bir yaşamaq məqsədi ilə birləşdirir. Hərəkat xain Nikol xaricində hər kəsə açıqdır.

Nikol 44 gün qalib gəldiyimizi söyləyərək bizi aldatdı və 2 saat içərisində xalqdan gizli şəkildə təslim müqaviləsi imzaladı. Nikol müharibədə məğlub oldu, buna görə də, məğlub olan hər bir lider getməlidir. Nikol ordunu məhv etdi. Qurbanların, itkin düşənlərin və hərbi əsirlərin sayı hələ də gizli saxlanılır. Yüzlərlə qəhrəmanın qalıqları hələ də soyuducularda qalır. Nikolun komandasında Türkiyə və Azərbaycanın təsir agentləri və faktiki casuslar var.

Nikolun dövründə malların qiymətləri bir neçə dəfə artdı, Ermənistanda həyat qeyri-mümkün oldu. Əslində, 3 il ərzində ciddi bir investisiya olmayıb və iqtisadi fəlakət gözlənilir. Nikolun dövründə Ermənistanın hər ikinci sakini rəsmi olaraq kasıbdır, hər üçüncüsü işsizdir.

Nikol Ermənistanın xarici borcunu 3 milyard dollardan çox artırdı. Müharibə zamanı göndərilən yardım naməlum məqsədlər üçün mənimsənildi və ya boşa çıxdı. Buna, məsələn, Hayastan Ümumerməni Fondu tərəfindən qanunsuz olaraq dövlət hesabına köçürülmüş “itkin” 52 milyard daxildir”.