Nikolya Sarkozi üç il müddətinə həbs cəzasına məhkum edildibackend

Nikolya Sarkozi üç il müddətinə həbs cəzasına məhkum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın sabiq prezidenti Nikolya Sarkozi apelyasiya şikayəti əsasında həbs cəzasına məhkum edilib.

Editor.az xəbər verir ki, 2014-cü ildə ona qarşı korrupsiya, nüfuzdan sui-istifadə və s. – lə bağlı ittihamlar irəli sürülüb. Müstəntiqlərin ümumi rəyinə görə, Nikola Sarkozi vəkili Thierry Erzog ilə birlikdə “Betancourt işi”nin gedişi ilə bağlı gizli məlumat əldə etmək üçün hakim Gilbert Aziberə rüşvət verməyə çalışıb.

Eks-prezident və müdafiə tərəfi məhkəmə qərarından kassasiya şikayəti vermək niyyətindədir. Sarkozinin vəkili Jaklin Laffon deyib ki, hökmə baxılana qədər onun icrası üçün bütün mümkün hərəkətlər dayandırılacaq.

  //Samir Qurbanov,Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!