“Nikosayağı”nın dedikləri başına gəldi? – İlahiyyatçıdan AÇIQLAMAbackend

“Nikosayağı”nın dedikləri başına gəldi? – İlahiyyatçıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirli avqustun 15-i gecə saatlarında avtomobil qəzası keçirib və nəticədə qolu amputasiya olunub.

Onun vaxtilə çəkdiyi videolar və iştirak etdiyi filmlərdəki dialoqları hadisədən sonra yayımlanaraq, insanların diqqətini çəkib. Qeyd edək ki, sözügedən görüntülərdə Nicat Şakirli “Ay camaat, qolum qopdu”, “Tək qol qaldım”, “”KamAZ”ın altına girdim üzüm kəsik-kəsik oldu”, “Qolum ətindən aralandı” kimi sözlər yer alıb.

Əksəriyyət baş verənlərin təsadüf olmadığını, blogerin öz dediklərinin hadisəyə vəsilə olduğunu deməklə yanaşı, “Allah eşitdi” deyə fikir səsləndirib.

Doğrudanmı insan nəyi çox desə başına gəlir? Doğrudanmı Allah bəd duaları daha tez eşidir?

Editor.az  xəbər verir ki, Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, dini aspektdən insanların səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: “Bir insan hər gün güzgünün qarşısında desə ki, “Mən Amerikanın prezidentiyəm” olacaqmı? Bir insan hər gün desə ki, “mən Eynşteynəm”. Alınacaqmı?”

Onun sözlərinə görə, psixiatriya xəstəxanalarında bu cür anlayışlar çoxdur: “Aktyor və ya aktrisa hansısa rolu ifa edirsə, bu o demək deyil ki, mütləq başına gələcək, yaxud rolunu oynadığı şəxsdir. Nəsimi rolunun ifaçısının dərisimi soyulmalıdır?”-deyə ilahiyyatçı bildirib.

Elşad Miri sonda qeyd edib ki, dində bu cür anlayış yoxdur. Əksinə Quranda hər kəsin etdiyinə görə və etdiyi qədər məsuliyyət daşıdığı buyurulur. Allah isə insanı hər zaman eşidir və görür.