backend

“Nikoyl” bank iflasda: Sədr Bakıdan qaçıb, həbsi hazırlanır – Şok təfsilat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb; Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində gedən istintaq onun həbsi ilə nəticələnə bilər
Məlumatlı qaynaqdan sızan xəbərə görə, bankın keçmiş sədri mənimsəmədə ittiham olunur. Amma onun Azərbaycandan qaçdığı iddia edilir.
V.Xamaza 2005-ci ildən 2017-ci il iyul ayınadək bankın İdarə Heyətinin sədri olub. Bu il onu sədr vəzifəsində Nikoloz Şurgaia əvəz edib. Onun hazırda harada olduğu da məlum deyil.
“Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-də gərginlik davam edir. Bu bankda yeni rəhbərliyin 100-dən artıq əməkdaşı ixtisara salması, işini itirmək istəməyənlərə qarşı qanuna zidd yollarla təzyiqlər edilməsi barədə məlumat verilmişdi.
Təzyiqə məruz qalan əməkdaşlar təəssüflənir ki, hazırda təlatümlü dövrünü yaşayan bank sektorunun əsas oyunçularından biri olan “Nikoyl Bank”da baş verənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının, eyni zamanda bank səhmdarlarının diqqətindən kənardadır.
Kütləvi ixtisarların aparılması işçilərin hüquqularının pozulması ilə yanaşı hökumətin sosial müdafiə qurumlarını da çətin vəziyyətdə qoyur.
“Nikoil Bank”-da bir neçə aydır davam edən bu neqativ proseslər artıq öz “bəhrəsini” verməyə başlayıb.
Mənbə bildirib ki, bankın Problemli kreditlərin idarə edilməsii departmentinin direktoru Cəlal Nağıyev tutuduğu vəzifədən azad edilib. Hazırda problemli kredirlərin çəkisi bankın ümumi kredit portfelində 60-70 faiz təşkil edir.
Mənbə qeyd edir ki, səhmdarlar tərəfindən artırılan 160 milyon manat kapitalın hamısı problemli kreditlərin təsnifləşdirilməsi məqsədi ilə ehtiyyatların yaradılmasına sərf olunub. Bu da bankın 2016-cı ili külli miqdarda zərərlə başa vurmasına səbəb olub.
Yəqin ki, nə vaxtsa İdarə Heyəti və kreditlərin verilməsində bilavasitə məsul olan şəxslər səhmdarlar qarşısında bununla bağlı hesabat verəcəklər. O zaman rəhbərliyin yarıtmaz kredit və kadr siyasəti bir daha ortaya çıxacaq.
“Nikoil Bank”ın əvvəlki rəhbərliyi yüz milyonlarla manat vəsait mənimsəyiblər. Belə ki, etibarlı mənbələrdən verilən məlumata görə, bankın idarə heyətindən uzaqlaşdırılan Vasili Xamaza və onun ətrafı eynilə “Beynəlxalq Bank”ın əvvəki rəhbərliyi kimi bankın hesabın milyonlar qazanaraq ölkədən çıxarıblar.
Əgər Cahangir Hacıyev dəmir barmaqlıqlar arasına getsə də Vasiliyi Xamaza və yaxın adamları hələ də azadlıqda qazandıqları pulları rahatca xərcləməklə məşğuldurlar.
Məlumatlı şəxsin iddiasına görə, Vasili Xamaza “Nikoil Bank”da idarə heyyətinin sədri olduğu vaxtlarda yaxın ətrafı böyük məblğlərdə vəsaitləri müxtəlif şəxslərin adlarına kredit adı ilə rəsmləşdirərək bankdan çıxardıblar.
Hazırda həmin kerditlərin əksəriyyəti banka qaytarılmamaqla problemli kreditlərin siyahısına düşüb.
İddiaya görə, “Nikoil Bank”da Xamazanın əsas şəriklərindən biri onunla birlikdə darə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri işləmiş Ayxan Rüstəmzadə olub.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.
//Palitika.az