Nikusor Dan Rumıniyanın yeni prezidentidirbackend

Nikusor Dan Rumıniyanın yeni prezidentidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda qərbyönlü namizəd, Buxarest meri Nikusor Dan qalib gəlib.

Ölkənin Mərkəzi Seçki Komissiyası protokolların 100%-ni işləyib və səsvermənin nəticələrinə görə, Nikuzor Dan 53,6%, rusiyayönlü namizəd Corc Simion isə 46,4% səs toplayıb.
Yada salaq ki, exit-poll səslər hesablanmamışdan əvvəl də Danın qələbəsini göstərmişdi, lakin daha sonra Simion bu məlumatlara inanmadığını bildirərək qələbəsini elan etmişdi. Ancaq rəsmi məlumatların dərcindən sonra o, məğlubiyyətini etiraf edib: “Rəqibim Nicusor Danı təbrik etmək istəyirəm.

O, seçkilərdə qalib gəlib və bu, Rumıniya xalqının iradəsi idi”, – Simion Facebook-da paylaşdığı videoda bildirib. Eyni zamanda, o, “Rumıniya uğrunda mübarizəni” davam etdirmək niyyətində olduğunu da əlavə edib.

//Samir Qurbanov, Editor.az