“Nintendo” Super Mario filmini təxirə salırbackend

“Nintendo” Super Mario filmini təxirə salır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nintendo” bu il nümayişi gözlənilən “Super Mario Bros” əsasında çəkiləcək cizgi filmini təxirə salmaq qərarına gəlib.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Nintendo” və “Illumination” Mario filminin gələn il nümayiş etdiriləcəyini açıqlayıb.

Mario yaradıcısı və oyun dizayneri Şiqeru Miyamoto bu barədə Amerikanın “Nintendo” hesabı vasitəsilə “Twitter”də məlumat verib.

Filmin təqdimatı 2023-cü il 28 aprelə təyin olunub.

Qeyd edək ki, filmdə baş rol obrazı olan Maryonu Kris Prattın canlandıracaq. Anya Taylor isə şəhzadə Piç rolunu oynayacaq.

//Nəzərbəy, Editor.az