Nişanlısını aborta məcbur edib ölümünə səbəb olan keşiş onun cəsədi ilə evləndi – FOTObackend

Nişanlısını aborta məcbur edib ölümünə səbəb olan keşiş onun cəsədi ilə evləndi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada nişanlısını aborta məcbur edərək ölümünə səbəb olan Emeka Sandi adlı şəxs onun cəsədi ilə evləndirilib.

Keşiş olan E.Sandi beş il Çioma Okoye adlı qadınla münasibətdə olub. Ötən il nişanlanan E.Sandi kilsənin evlilikdən kənar uşaqlarla bağlı mövqeyindən çəkinərək nişanlısını aborta məcbur edib.

Nişanlısı bu fikrə qarşı çıxdığı üçün keşiş onun içkisinə dərman atıb və huşsuz halda onu xəstəxanaya aparıb. Onun həkimlərdən biri ilə də əlbir olduğu bildirilir.

Lakin qadın abortdan sonra dünyasını dəyişib. Həbs olunan keşiş qadının cəsədi ilə evlənməsi şərti ilə azadlığa buraxılıb.

Çioma Okoyenin rəfiqələrindən birinin “Facebook” paylaşımından sonra ortaya çıxan hadisə ilə bu dəhşətli toy mərasimi də bütün dünyada gündəmə çevrilib.

 

Mənbə: “Haber Global”

Loading...