Niyə iş tapmaq bu qədər çətinləşib?- “Əmək bazarında təlabat olmayan ixtisaslar…” -Ekspert  backend

Niyə iş tapmaq bu qədər çətinləşib?- “Əmək bazarında təlabat olmayan ixtisaslar…” –Ekspert  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günümüzün əsas problemlərindən olan “işsizlik” hələ də həllini tapmayıb. Universiteti bitirdikdən sonra məzunlar iş tapmaqda çətinlik çəkir. Hətta öz ixtisaslarından fərqli işlərdə işləməyə məcbur olurlar.

Maraqlıdır əmək bazarında ehtiyac olmayan ixtisaslar universitetlərdə niyə tədris olunur? Hansı sahəni seçməliyik ki, sonra iş tapmaq asan olsun?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib.
 
Onun sözlərinə görə, ölkədə 50-dən çox ali təhsil müəssisələri, 54-55 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir:

“ Burada tədris olunan ixtisasların bəziləri  əmək bazarında təlabat olmayan ixtisaslardır. Yaxın 3-5 il ərzində Nazirlər Kabineti , Elm və Təhsil Nazirliyi  tərəfindən müəyyən ixtisasların çıxarılması ilə bağlı iş aparılmalıdır. Bu gün dövrün tələbinə uyğun ixtisaslar 1-ci qrupda İT, komputer mühəndisliyi, komputer elmləri, proseslərin avtomatlaşdırılması, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və qida mühəndisliyidir. 2-ci ixtisas qrupunda maliyyə, menecment, marketinq, 3-cü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, 4-cü qrupda tibb, 5-ci qrupda dizayn və digər ixtisaslardır.  Bunlarla paralel olaraq pedaqoji ixtisasları da qeyd edə bilərik. Bu gün əmək bazarında məhz bu ixtisaslara təlabat var”.

Ekspert bildirir ki, hansısa bir vətəndaş ali təhsil pilləsi üzrə təhsil alırsa, bakalavr təhsilini bitirdikdən sonra mütləq işlə təmin olunmalıdır:

“ Dövlət qulluğu üzrə imtahan verərək iş tapa və ya özəl  sektorlarda işləyə bilər. Amma görünən odur ki, həmin insanlar əmək bazarını araşdırmadan ixtisas seçimi edirlər. Nəticədə isə ixtisasları üzrə iş tapa bilmirlər. Bu halların  yaşanmaması üçün ixtisas seçimini düzgün etmək lazımdır.
Aiddiyyatı qurumlar bu sahədə müəyyən tədbirlər görməlidir. Mövcud beynəlxalq sistemdə hansı ixtisasa təlabat varsa, ona üstünlük verilsin və ya yeni ixtisas yeri açılsın”.

//Safura Bənnayeva, Editor.az