Niyaməddin Musayev polislərlə videosundan danışdı: “Özümü idarə etməyim yerindədir”backend

Niyaməddin Musayev polislərlə videosundan danışdı: “Özümü idarə etməyim yerindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalq artisti Niyaməddin Musayev polis tərəfindən saxlanılmayıb”.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verilib.

“O, parkinqə görə qeydiyyatın aparılması ilə bağlı ərazidə xidmət göstərən polis əməkdaşından kömək istəyib. Polis əməkdaşları da kömək ediblər. O da öz təşəkkürünü bildirib”.

Qeyd edək ki, Niyaməddin Musayev də “Unikal”a açıqlamasında saxlanılmadığını deyib:

“İctimaiyyət arasında özümü idarə etməyim və digər davranışlarım yerindədir. Mən həmişə Ağ Şəhər Bulvarına idman etmək üçün gedirəm. Orada dairəvi yol var. Həmin ərazidə avtomobili saxladım. Bildiyiniz kimi, indi yeni bir sistem yaradıblar, telefonla SMS göndərmək lazımdır ki, maşını park etdiyini bildirəsən və buna görə 1 manat ödəniş edəsən. SMS göndərmədən saxlayanda 20 manat cərimə edirlər.

Mənim yeni sistemdən başım çıxmır. Ona görə də polis əməkdaşlarına özüm yaxınlaşıb kömək istədim ki, telefonumla SMS göndərsinlər. Onlar da sağ olsunlar, mənə kömək etdilər”.