“Niyyətləri budursa, sülhə ehtiyac yoxdur”- Millət vəkilibackend

“Niyyətləri budursa, sülhə ehtiyac yoxdur”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan torpaqlarını işğaldan azad edib suverenliyini tam olaraq bərpa edib. Ancaq Ermənistanın bizim işğal altında saxladığı 8 kəndimizin taleyi müəmmalı olaraq qalmaqdadır. Azərbaycanın şərtlərin biri Ermənistan tərəfinin ilk olaraq anklav olmayan 4 kəndi qaytarmalı, digər 4 kəndlə əlaqədar isə xüsusi kommissiya yaradılmalı və bu kəndlərin də geri qaytarılması məsələsi öz həllini tapmalıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Xüsusi Silahlı Qüvvələri çox ədalətli və ləyaqətli döyüşlər aparmaq qabiliyyətini artıq dəfələrlə sübut edib:

” Bu baxımdan artıq biz bu məsələnin güc yolu ilə həllini istəmirik. Bu baxımdan da Ermənistan üçün əla bir fürsət yaranıb ki, onlar toqquşma olmadan Azərbaycanın şərtlərini yerinə yetirsin. Əks təqdirdə Azərbaycan tərəfi bu əraziləri geri qaytarmağın yollarını yaxşı bilir. Xüsusilə də biz əgər Sovetlər Birliyi qurulduğu dövrdən bu günə qədər xəritələrə baxsaq görərik ki, hər 4-5 ildən bir Azərbaycan torpaqları müxtəlif bəhanələrlə Ermənistana birləşdirilib. Bunun hesabına Ermənistan torpaqları artıb və böyüyüb. Bu baxımdan da Ermənistan anlamalıdır ki, onsuz da bu ərazilər Azərbaycana aiddir və bu məsələ ilə əlaqədar hansısa beynəlxalq təşkilatlara, dövlətlərə, qurumlara müraciət edərək Azərbaycanı haqsız duruma salmaqdan əl çəkməli, bu kəndləri geri qaytarmalıdır. Hesab edirəm ki, sülh anlaşmasının imzalanması ilə əlaqədar ən əsas maneələrdən biri də məhz bu 4 kəndin geri qaytarılması və sərhədlərin delimitasiya, demakrasiya məsələsidir. İstənilən halda bu məsələlər öz həllini tapmalı, Ermənistan Azərbaycana ərazi iddialarından tamamilə əl çəkməlidir. Biz əmin olmalıyıq ki, sülh müqaviləsindən sonra Ermənistan tərəfi növbəti təxribatlara hazırlıq aparmayacaq. Əgər niyyətləri budursa, sülhə ehtiyac yoxdur. Sülhə bizdən çox Ermənistanın ehtiyacı var. Eyni zamanda, Ermənistan Zəngəzur dəhlizinin işə düşməsində maneələri aradan qaldırmalı və Azərbaycanın Zəngilan rayonu ilə Naxçıvan arasındakı quru əlaqələri tam şəkildə bərpa edilməlidir. Bu əlaqələr qurulduqdan sonra Ermənistanla digər kommunikasiyaların işə düşməsi də müzakirə edilə bilər. Buna görə isə hər hansı bir maneə yoxdur”.

//Gülnarə Abasova, Editor.az