Nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli şagirdlərlə təhsil alması YOLVERİLMƏZDİRbackend

Nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli şagirdlərlə təhsil alması YOLVERİLMƏZDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, məktəblərin birində qeyri-etik hərəkətlər edən şagirdlərin videosu yayılıb. Videonu təhsil eksperti Kamran Əsədov paylaşıb.

“Hə, necəsiniz cənablar? İstədiyinizə nail oldunuzmu? Hələ bu, görünən “hissə”lərdir. Hələ, əlimizdə olanları paylaşsaq, onda heç kim məktəbə bir addım da atmayacaq. Sizcə, ciddi tədbir görülməsinin vaxtı keçməyib?

Bu gün hüquqsuz qalan müəllim, ancaq günahkar olan müəllim… Sabah çox gec olacaq”, – təhsil eksperti videonu bu sözlərlə şərh edib.

https://daytube.az/az/embed/123214

Editor.az məsələ ilə bağlı Kamran Əsədovla əlaqə saxlayıb. Təhsil eksperti açıqlamasında bildirib ki, hazırda ölkənin 4432 orta məktəbində 1.6 milyon şagird təhsil alır:

“Əlbəttə ki, bu mənzərə təhsil sisteminin nə qədər müxtəlif olduğunu göstərir. Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Bu tip hallar mütəmadi hal aldığından həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar. Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir. Sirr deyil ki, məktəblərin əksəriyyətində uşaqlar dərsdən yayınıb repetitor yanına gedirlər. Məsələn, repetitor yanına getməyən digər uşaqlar məktəbdə, lap dərs vaxtında istədikləri hərəkəti edəcəklər. Kim onlara irad tuta bilər ki, dünən niyə dərsə gəlməmişdin, niyə dərsə gecikdin, niyə 3-cü dərsdən qaçdın….”

K. Əsədov hesab edir ki, məktəbdə nizam-intizamı pozan şagirdlərlə iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazımdır:

” Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Burada əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtın da diaqnostikasını verməyə yönəldilməlidir. Uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi iş sistemini düzgün müəyyənləşdirmək zəruridir. Təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədyönlü xarakter daşıyır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı xatırladır. Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər müasir psixologiyanin nailiyyətlərinin məktəb həyatına tətbiqi nəticələrinə istinadən etməlidirlər”.

Ekspertin sözlərinə görə, şagirdlərin davranışında və şəxsiyyətinin inkişafında özünü gostərə bilən qüsurların qarşısını almaq və onları aradan qaldırmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini müəyyənləşdirmək mümkündür:

“Birincisi, məktəbə yeni daxil olan şagirdlə ,onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa çalışmaq”.

“İkincisi, çətin şagirdin kollektivə alışmasına köməklik gostərmək, sinif rəhbəri ilə birlikdə şagirdin davranişında mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq”.

“Üçüncüsü, davranışda və şəxsiyyətin inkişafında qüsurlar olan şagirdləri dərindən öyrənmək ,bu zaman peşə etikası normalarına əməl etmək,imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək. Lazım gələrsə, psixoloq həmin şagirdin əqli səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə(məsəsələ , psixator, həkim və b.)əlaqə saxlamalıdır.Əgər uşağın inkişafında qüsurlar, psixi normalara uyğun gəlməmək halları müəyyənləşdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla  əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər”.

“Düşünürəm ki, məktəblərin tam şəkildə kamera ilə təchiz olunmasının vaxtı çatıb.Valideyinlər gün ərzində məktəbdə baş verənləri kənardan izləməlidirlər. Artıq müəllimlər dərs prosesinə müdaxilə etməkdə çətinlik çəkirlər”.

//Gülnarə Abasova, Editor.az