“Nizami Gəncəvi – 880” ili çərçivəsində rəsm müsabiqəsinin final mərhələsi keçirilibbackend

“Nizami Gəncəvi – 880” ili çərçivəsində rəsm müsabiqəsinin final mərhələsi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nizami Gəncəvi – 880” ili çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsinin final mərhələsi keçirilib.

Editor.az xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi tərəfindən Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibəti ilə və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın Tədbirlər Planının 5.1.3. və 5.4.3. bəndlərinin icrasına uyğun yeniyetmə və gənclər arasında “Nizami Gəncəvi yaradıcılığı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi elan edilmişdir.

Müsabiqənin məqsədi Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin yeniyetmə və gənclər arasında öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların yaradıçılıq potensialının inkişaf etdirilməsi, eləcədə onların asudə vaxtlarının səmərəli təşkilidir.

Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Millət Vəkilləri Müşfiq Cəfərov, Pərvin Kərimzadə və Naqif Həmzəyev, Gəncə Regional Mədəniyyət İdərəsinin rəisi Vasif Cənnətov və Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Sevinc Ələkbərova iştirak ediblər.

22 istedadlı yeniyetmə və gəncin qatıldlğı “Nizami Gəncəvinin yaradıçılığı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsində qalib olmuş iştirakçılar diplom və qiymətli hədiyyələrlə, digər iştirakçılar isə təşəkkürnamələr ilə təltif olunublar.
Həmçinin müsabiqədə iştirak etmiş azyaşlı həvəskar rəssam Həsən Həsənliyə həvəsləndirici hədiyyə təqdim olunmuşdur.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.