Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldubackend

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub.

Editor.az  APA-ya istinadən xəbər verir ki, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Münəvvər Taleh qızı Bərxudayeva, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Layla Samir qızı Muradi, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Farid qızı Qaraşlı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və “Instagram”da “temacreworiginal” adlı hesabda öz qraffiti nümunələrini paylaşıb.

Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecer işləyir.

Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətinin baş direktorudur.

Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur.

Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “Hallibörton Yeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.