ABŞ iqtisadiyyatı 2022-ci ildə tənəzzülə uğraya bilər.
Editor.az xəbər verir ki, bu barədə Yaponiyada yerləşən beynəlxalq maliyyə təşkilatı Nomura Holdings deyib.
Şirkətdən bildirilib ki, FED-in qiymət artımlarını idarə etmək üçün aqressiv faiz artırmalarının və maliyyə şərtlərinin daha da sərtləşdirilməsinin ABŞ iqtisadiyyatını yavaşlatacaq və istehlakçı inamının zəifləməsinin, enerji, ərzaq təminatı problemlərinin və qlobal dünyagörüşün pisləşməsinin ABŞ-ın resessiyaya girməsinə səbəb olacağını bildirib.
Nomura ABŞ üçün 2022-ci il ÜDM artımı gözləntisini 2,5 faizdən 1,8 faizə, 2023-cü il üçün isə 1,3 faiz artım gözləntisini 1 faizə endirib.
//Gülnarə Abasova, Editor.az

