Norveç ABŞ-dan 363 milyon dollar dəyərində raket alacaqbackend

Norveç ABŞ-dan 363 milyon dollar dəyərində raket alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç ABŞ-la 362,9 milyon dollar dəyərində AIM-120C-8 AMRAAM orta mənzilli raketlərin alınmasına dair müqavilə imzalayıb.

Bu barədə Norveç Müdafiə Nazirliyinə istinadən ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib.

“Daha çox yeni raketlərlə Norveç Silahlı Qüvvələri ölkəni hava hücumlarından daha yaxşı müdafiə edə biləcək. Müdafiə nazirinin açıqlamasında raketlərin hava hücumundan müdafiə sistemlərinə yönəldiyi, lakin F-35 döyüş təyyarələri tərəfindən də istifadə oluna biləcəyi bildirilir.

Bundan bir qədər əvvəl Finlandiyanın müdafiə naziri Antti Hakkänen ABŞ-dan F-35 qırıcıları üçün AARGM-ER raketlərinin alınmasına göstəriş verib. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. AGM-88G AARGM-ER (Advanced Anti-Radiation Guided Missile – Extended Range) raketləri F-35 döyüş təyyarələrinin imkanlarını tamamlayaraq radiotezlik siqnalları yayan yer və yerüstü hədəfləri sürətlə vurmaq imkanı yaradır.

//Gülnarə Abasova, Editor.az