Norveç Fələstini tanıyan rəsmi sənədləri təhvil veribbackend

Norveç Fələstini tanıyan rəsmi sənədləri təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç, İrlandiya və İspaniyanın Fələstini rəsmi olaraq dövlət kimi tanımasından bir neçə gün əvvəl Norveçin xarici işlər naziri Espen Barth Eide Fələstin dövlətinin tanınması ilə bağlı diplomatik sənədləri Belçikanın paytaxtı Brüsseldə Fələstinin Baş naziri Məhəmməd Mustafaya çatdırıb.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

Böyük ölçüdə simvolik bir addım olan sənədin təhvil verilməsindən sonra Mustafa, “Tanınma bizim üçün çox şey deməkdir. Bu, Fələstin xalqı üçün edilə biləcək ən mühüm şeydir. Bu, bizim üçün çox önəmlidir”,- deyə bildirib.

Qeyd edək ki, İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini 1967-ci il sərhədləri olan bir dövlət kimi rəsmən tanıyacaqlarını açıqlayıblar.

//Gülnarə Abasova, Editor.az