Norveç kəşfiyyatı: Rusiya nüvə qüvvələrinin yerdəyişməsini aparıbbackend

Norveç kəşfiyyatı: Rusiya nüvə qüvvələrinin yerdəyişməsini aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç kəşfiyyatının dərc etdiyi “Focus 2023” hesabatına əsasən, Rusiya nüvə qüvvələrinin bir hissəsini Şimal Donanmasının gəmi və sualtı qayıqlarında yerləşdirib.

Editor.az xəbər verir ki Norveç hərbçiləri hesab edir ki, bu, Şimali Atlantika Alyansı üçün “əhəmiyyətli təhlükə” yarada bilər. Sənəddə deyilir:

“Taktik nüvə silahları NATO ölkələrinin cəlb oluna biləcəyi bir neçə əməliyyat ssenarisində xüsusilə ciddi təhlükə yarada bilər”. Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, nüvə üçlüyü xarici təhlükələrin strateji qarşısının alınmasını təmin etməkdə davam edir, Müdafiə Nazirliyi isə texniki təchizat və müdafiə sistemlərinin modernləşdirilməsini təmin edir.

Rusiya prezidenti Vladimir Putin isə qeyd etmişdi ki, Rusiyada nüvə silahı yalnız raketlərin ölkə istiqamətində atıldığı anda işləyə bilər və bu, digər dövlətlərin zərbələrinə olacaq.

//Samir Qurbanov,Editor.az