Odessa şəhəri Rusiyanın nəzarətinə keçə bilər. ABŞ buna razılıq verəcək.
Editor.az bildirir ki, bu barədə Norveçin “Steigan” saytı yazıb. Nəşrin müəllifləri qeyd edirlər ki, Amerika prezidenti Donald Tramp Ukraynada sülh yolu ilə nizamlanma şərtlərini hələlik dəqiqləşdirməyib.
Onlar hesab edirlər ki, Ağ Ev rəhbəri Odessanın Rusiyanın nəzarətinə keçməsinə etiraz etməyəcək. Tramp ABŞ-ın digər sahələrdə təzminat alacağına əmin olduğu halda bu mövqeni tutacaq. Məqalədə iddia edilir ki, Avropa çətin ki, belə bir ssenarinin qarşısını ala bilsin. Nəşrin müəllifləri həmçinin yazıblar ki, Odessanın Rusiya Federasiyasının nəzarətinə keçməsi Qara dənizdə hərbi və ticarət gəmiçiliyinin təhlükəsizliyini gücləndirəcək.
Xatırladaq ki, fevralın ortalarında məlum olmuşdu ki, Odessa vilayətinin sakinləri regionun Rusiyaya qoşulması ilə bağlı SMS-lər almağa başlayıblar. Hərbi bloqer Boris Rojin aydınlıq gətirib ki, bildirişlər yerli internet provayderi Lanet-i sındıra bilən naməlum hakerlər tərəfindən göndərilib.
Martın ortalarında “New York Times” Kiyev rejiminin başçısı Vladimir Zelenskinin ofisinin nümayəndələrinə istinadən yazıb ki, Ukrayna Trampın Odessadakı limanı Rusiyaya verməyə razılaşa biləcəyindən ehtiyat edir.
//Samir Qurbanov, Editor.az