Norveç Rusiya ilə mümkün müharibəyə hazırlaşırbackend

Norveç Rusiya ilə mümkün müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç Rusiyayla mümkün genişmiqyaslı müharibə ssenarisinə qarşı hazırlıq tədbirlərini gücləndirir.

Editor.az xəbər verir ki, Daily Telegraph nəşrinin Norveçin hərbi rəsmilərinə istinadla yaydığı məlumata görə, Norveç ordusu minlərlə vətəndaşa məktub göndərərək, müharibə baş verəcəyi təqdirdə evlərinin və nəqliyyat vasitələrinin dövlət tərəfindən müsadirə oluna biləcəyi barədə xəbərdarlıq edib.

Norveç Silahlı Qüvvələrinin Logistika Xidmətinin rəhbəri Andres Yernberq nəşrə açıqlamasında bildirib ki, ölkə hazırda İkinci Dünya müharibəsindən (1939–1945) bəri ən ciddi təhlükəsizlik vəziyyəti ilə üz-üzədir.

Hərbi rəsmi Norveç cəmiyyətinin müdafiə böhranlarına, hətta müharibəyə hazır olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Krallıq hazırda genişmiqyaslı hərbi və mülki hazırlıq proqramı həyata keçirir.

Qeyd edək ki, Norveçdə müharibə şəraitində mülki əmlakın müsadirəsini nəzərdə tutan “müsadirə siyasəti” avtomobillərə, qayıqlara, məişət əşyalarına və daşınmaz əmlaka şamil olunur. Qəzetin məlumatına görə, Müdafiə Nazirliyinin hazırda bir il müddətində qüvvədə olan təxminən 13 500 “hazırlıq məqsədli müsadirə qərarı” mövcuddur.

//Gülnarə Abasova, Editor.az