Norveç Ukrayna üçün silah istehsalına on milyonlarla dollar xərcləyəcəkbackend

Norveç Ukrayna üçün silah istehsalına on milyonlarla dollar xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç hökuməti Ukraynanın silah istehsalını artırmaq üçün 967 milyon kron (90 milyon dollar) ayıracaq.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. “Təhlükəsizlik vəziyyəti Ukraynanın müdafiəsini təmin etmək üçün maddi-texniki vasitələrə təcili ehtiyac yaradıb”, – Norveçin müdafiə naziri Byorn Arild Qram deyib. O bildirib ki, təqdim olunan yol xəritəsi məhz Norveç müdafiə sənayesinin potensialının artırılmasına kömək edəcək plandır. Plan Nammo raket mühərrikləri üçün yeni istehsal xətti yaratmaq və həmçinin Norveçin partlayıcı maddələrin istehsalı üçün xammal olan heksamin istehsalını artırmaqdır.

//Gülnarə Abasova, Editor.az