Norveç Ukraynanın Rusiya üzərində qələbəsinə inanmırbackend

Norveç Ukraynanın Rusiya üzərində qələbəsinə inanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç silahlı qüvvələrinin başçısı general Eirik Kristoffersen Ukraynanın müharibədə hərbi qələbəsinə inanmır.

VG-nin məlumatına istinadən Editor.az bildirir ki, o, bu barədə Norveç mətbuatına şərhində deyib. Kristoffersen Ukraynanın Rusiya Federasiyası üzərində hərbi qələbə qazana biləcəyini qeyri-real hesab edir: “Düşünürəm ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Tərəflərin bir-birini məğlub etməsi çox uzun vaxt aparacaq və xalqları üçün çox baha başa gələcək”, – o deyib.

Norveç Hərbi Akademiyasının quru qoşunları kafedrasına rəhbərlik edən polkovnik-leytenant Palle İdstebyo isə hesab edir ki, Ukraynanın müharibədə hərbi qələbəsi ilə bağlı ümidlər heç də qeyri-real deyil: “Ukrayna Qərbin bütün iqtisadiyyatına arxalana bilər, Rusiya isə Şimali Koreya və İranın çox məhdud dəstəyi, eləcə də Çinin texnoloji dəstəyi ilə kifayətlənməli olacaq.

İdstebyoya görə, indiki şəraitdə Ukrayna hakimiyyətinin Rusiya ilə danışıqlar və hansısa ərazi güzəştləri barədə düşünməsi siyasi baxımdan qəbuledilməzdir: “Bu, kimin daha uzun sürə dözə biləcəyi bir müharibə olacaq, ən pis halda bir neçə il”. Qeyd edək ki, bundan əvvəl Pentaqon Ukraynanın yaxın gələcəkdə Krımı qaytarmaq şansına inanmadığı barədə qeyri-rəsmi məlumat yayılmışdı.

  //Samir Qurbanov, Editor.az