Norveç Ukraynaya dəstəyini 2025-dən sonra da davam etdirməyə hazırdırbackend

Norveç Ukraynaya dəstəyini 2025-dən sonra da davam etdirməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç, ehtimal ki, Ukraynaya göstərdiyi yardımı indiki səviyyədə 2025-ci ildən sonra da davam etdirəcək. Bu barədə Bloomberg agentliyinə çıxış edən nüfuzlu müxalifət nümayəndəsi bildirib və əlavə edib ki, münaqişənin yaxın vaxtlarda başa çatması ehtimalı hələ də azdır.

Editor.az xəbər verir ki, hazırda hökumət və onun sol tərəfdaşları tərəfindən razılaşdırılan büdcə layihəsinə əsasən, 2026-cı ildə Ukraynaya 85 milyard Norveç kronu (təxminən 8,4 milyard ABŞ dolları) ayrılması nəzərdə tutulub. Parlamentdə Ukraynaya dəstək geniş şəkildə qəbul olunub.

Ekspertlər hesab edirlər ki, Norveçin dayanıqlı maliyyə yardımı Ukraynaya həm hərbi, həm də iqtisadi sahədə davamlı dəstək təmin etmək baxımından böyük əhəmiyyət kəsb edəcək.

//Samir Qurbanov, Editor.az